“Beşiktaş” basketbol komandası “Beşiktaş Fibabanka” Türkiyə Kubokunda finala vəsiqə qazanıb. 

Offsideplus.az xəbər verir ki, yarımfinal mərhələsində “Mərsinspor”la qarşılaşıb. İstanbul təmsilçisi 83:63 hesabı ilə qalib gəlib. Bununla da, komanda 13 il sonda bu turnirin finalına çıxa bilib.

Qeyd edək ki, “Beşiktaş”ın finaldakı rəqibi “Fənərbağça Beko” – “Qalatasaray” oyununun qalibi olacaq.