
Böyük Britaniyanın The Guardian qəzetinin məlumatına görə, 1,7 mindən çox alimin ABŞ-ın milyarderi, SpaceX və Tesla şirkətlərinin təsisçisi İlon Maskın London Kral Cəmiyyətindən xaric edilməsini tələb etdikləri bildirilib. Qəzetin yazdığına görə, "Beynəlxalq elmi cəmiyyətin 1700-dən çox üzvü London Kral Cəmiyyətinin sədri Sir Adrian Smitə açıq məktub ünvanlayıb". Nəşr qeyd edib ki, 2024-cü ilin avqust ayında alimlər Maskın Böyük Britaniyadakı qarışıqlıqlar barədə etdiyi şərhlərə etiraz edərək, onun cəmiyyət üzvlüyünün ləğv olunmasını tələb etmişdilər. Daha sonra milyarder "provokativ bəyanatlar" verməyə davam edib. “Ulusum”.az xəbər verir ki, alimlər həmçinin Maskın ABŞ prezidenti Donald Trampın administrasiyasında vəzifə tutmasından narahatdırlar.London Kral Cəmiyyətinin üzvlərinin davranışını müzakirə edəcək iclası 3 martda keçiriləcək.Səidə
Diqqət Çəkənlər
Bələdiyyə seçkilərinə yekun vurulur
Ukrayna üzrə danışıqların bəzi məqamları açıqlanıb
Şəkər xəstəliyinə tutulma riskini artıran gözlənilməz məhsul