AZ

Kadi: “Bu, uğurlarla dolu bir yolun başlanğıcı olar”

Kadi Borges “Qarabağ”a qayıdışı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

İdman.biz xəbər verir ki, braziliyalı Misli Premyer Liqasının XXII turunda “Səbail”ə 5:0 hesabı ilə qalib gəldikləri oyunları paylaşıb.

O bildirib ki, “Qarabağ”ın formasını yenidən geyinmək onun üçün çox xoşdur: “Məni sevən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bu, uğurlarla dolu bir yolun başlanğıcı olar”.

Qeyd edək ki, Azərbaycan çempionu 28 yaşlı braziliyalı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Aytac Sahəd
İdman.biz

Seçilən
100
1
idman.biz

2Mənbələr