AZ

İlon Maska şok cavab: Təklifi rədd edildi - Münaqişə böyüyür

“OpenAI”-nin direktorlar şurası İlon Maskın rəhbərlik etdiyi qrupdan 97,4 milyard dollarlıq satınalma təklifini rədd edib.

Publika.az xəbər verir ki, “OpenAI” idarə heyətinin “Tesla CEO”-nun rəhbərlik etdiyi investisiya konsorsiumunun təklifini rədd etməsi ilə İlon Mask və rəqibi Sem Altman arasındakı mübahisə yenidən böyüyüb.

"OpenAI" satılmayacaq. İdarə heyəti cənab Maskın rəqabəti boğmaq cəhdini yekdilliklə rədd etdi. "OpenAI"nin hər hansı potensial yenidən təşkili bizim qeyri-kommersiya təşkilatımızın bütün bəşəriyyətin xeyrini düşünmək missiyasını gücləndirəcək", - deyə “OpenAI” sədri Bret Taylor bildirib.

Qeyd edək ki, “OpenAI”-nin ilk sərmayəçisi olan Mask keçən il təşkilatın bəşəriyyətə fayda gətirmək missiyasından yayındığını iddia edərək, qeyri-kommersiya təşkilatına qarşı iddia qaldırıb.

Roza

Mənbə: publika.az

Seçilən
30
1
publika.az

2Mənbələr