AZ

Rusiyadan milyardlarla dolu təyyarələr çıxıb? - ŞOK DETALLAR

Rusiya Dəməşq Beynəlxalq Hava Limanına Suriya funt sterlinqində qeyri-müəyyən məbləğdə nağd pul göndərib. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Suriyanın Mərkəzi Bankı dövlət xəbər agentliyi olan SANA-nın yaydığı bəyanatda bildirib.

Suriya Mərkəzi Bankı bu barədə yayılan məlumatların tam doğru olmadığını açıqlayıb və pulun məbləği ilə bağlı rəsmi məlumatlara əsaslanılmasının vacibliyini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin və Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa arasında fevralın 12-də telefon danışığı olub. Bu, Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra Moskva ilə Dəməşq arasında ilk yüksək səviyyəli təmas olub. Danışıqdan sonra sosial şəbəkələrdə, Rusiya tərəfinin Dəməşqə tonlarla Suriya valyutası göndərəcəyi barədə sənədin fotosu yayılıb, lakin sənədin həqiqiliyi təsdiqlənməyib.

Putin, Suriyadakı sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa və ölkə sakinlərinə humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib. Prezidentlər, həmçinin, Bəşər Əsəd hökuməti dövründə Rusiya ilə Suriya arasında bağlanmış müqavilələrə yenidən baxılması imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında, Suriya müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib və dekabrda Dəməşqə daxil olub. Bununla əlaqədar, Suriya prezidenti Bəşər Əsəd və hökumət qüvvələri şəhəri tərk edib. Ölkənin yeni faktiki lideri, “Həyat Təhrir əl-Şam” qrupunun lideri Əbu Məhəmməd əl-Culani ləqəbli Əhməd əl-Şaraa olub. Yanvarın 29-da o, Suriyanın keçid prezidenti təyin edilib.

Həmidə İbrahimova

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
3
2
Demokratikmusavat.com

4Mənbələr