AZ

Kadi Borqes "Neftçi" ilə oyunda oynayacaq? - Qurban Qurbanov açıqladı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə keçiriləcək oyun haqqında danışıb.

"Neftçi" ilə oyun ölkə futbolu üçün çox vacibdir.

"Operativ Media" xəbər verir ki, bunu "CBC Sport"a "Neftçi" ilə oyun haqqında danışan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Neftçi"yə qarşı həmişə oynamaq hər bir futbolçunun gözləntisi olub. Hamı bilir ki, bu oyun ölkə futbolu üçün çox vacibdir. Ölkənin iki ən böyük komandaları biri-birinə qarşı oynayır. Bu matç hərtərəfli maraq doğurur. Həm oyunçular, həm nəticə, həm azarkeşlər baxımından, ümumən futbol mütəxəssisləri baxımından bu oyuna diqqət həddindən artıq çox olur. Bu iki gündən çalışacağıq ki maksimum istifadə edək ki, futbolçularımızı oyuna düşündüyümüz kimi olmasa da, ona yaxın hazırlaya bilək".

Mütəxəssis Abbas Hüseynovun zədə səbəbindən oynaya bilməyəcəyini bildirib.

"Zədəli futbolçulardan Abbas Huseynov bir neçə ay olmayacaq. Toral Bayramov zədədən yeni qayıdıb. Məşqlərdə tam şəkildə iştirak edə bilmir. Gedənlərdən də məlumatlısınız. İdman formasından biraz uzaq olan futbolçularımız var. Hələki optimal formada deyillər. Ümumən bu oyuna istədiyimiz kimi hazırlaşmağa maneçilik yoxdur".

O, Kadi Borqesin əsas heyətdə meydana çıxıb-çıxmayacağının hələ dəqiqləşmədiyini qeyd edib.

"Kadi Borqesin əsas heyətdə meydana çıxmağı həm gözlənilir, həm gözlənilmir. Demək olar ki, dünən komanda ilə tam məşq etdi. Düzdür hələ öz optimal formasından uzaqdır. Amma yenə də bu gün, sabah məşqlərə baxacağıq, əgər görsək ki, funksionallığı yaxşıdır, onda ola bilər ki əsas heyətdə çıxsın. Fiziki məşqçilərlə, həkimlərə danışacağıq, yox əgər hər hansı bir problem görünərsə onda ola bilər ki, əsas heyətdə çıxmasın.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması sabah saat 19:00-da start götürəcək.

Seçilən
28
1
operativmedia.az

2Mənbələr