
Səudiyyə Ərəbistanı Rusiya Prezidenti Vladimir Putinlə Ağ Ev aparatının rəhbəri Donald Tramp arasında görüşə öz ərazisində ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
"Krallıq Səudiyyə Ərəbistanında keçirilən sammiti alqışlayır və Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün davam edən səylərini təsdiqləyir", - bəyanatda deyilib.