Dos. İlham Əhmədov
Son 25 ildə dünya ali təhsil məkanında rəqabət artmışdır. Bu fonda universitetlərin müxtəlif parametrlər üzrə reytinqləri tərtib edilir: "hansı universitet hansı məsələdə daha güclüdür?" sualına dəqiq cavab vermək üçün onlar müqayisə edilir. Universitetlərin dünya ali təhsil məkanında son 25 ildə brendləşməsinin də şahidi oluruq.
Universitetin brendləşməsi (brendinqi) onun unikal şəxsiyyətini, dəyərlərini və reputasiyasını formalaşdırmaq və cəmiyyətə tanıtmaq prosesidir. Bu, universitetin təhsil keyfiyyətini, akademik uğurlarını, mədəni dəyərlərini və ümumi missiyasını cəlbedici və fərqli bir şəkildə təqdim etməyə xidmət edir.
Universitetin brendləşməsinin məqsədləri:
1. Reputasiyanın gücləndirilməsi – Universitetin tanınmasını genişləndirərək onu nüfuzlu bir quruma çevirmək.
2. Tələbə və müəllim heyətinin universitetə cəlb edilməsi– Yüksək potensiallı tələbələrin və akademik mütəxəssislərin universiteti seçməsinə səbəb olmaq.
3. Maliyyə və tərəfdaşlıqların genişləndirilməsi– Sponsorlar, investorlar və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını artırmaq.
4. Məzunların loyallığını gücləndirmək – Universitetin məzunlarının onun brendinə bağlı qalmasını və dəstək verməsini təmin etmək.
5. Rəqabət üstünlüyü qazanmaq – Digər universitetlərdən fərqlənmək və daha çox tələbənin seçimində öncül olmaq.
Universitetin brendləşməsi necə aparılır?
- Vizyon və missiyanın müəyyənləşdirilməsi.
– Universitet dəyərləri və məqsədlərinin aydın şəkildə ifadə edilməsi.
- Vizual və üslub kimliyi formalaşdırılması. – Loqo, rənglər, şüarlar və marketinq materiallarının vahid brend çərçivəsində yaradılması.
- Rəqəmsal və sosial media strategiyası
– Universitetin sosial mediada, rəsmi veb saytında və digər onlayn platformalarda aktiv təbliğ olunması.
- Təhsil keyfiyyətinin və tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi.
– Yüksək keyfiyyətli proqramlar və elmi nailiyyətlərlə universitetin nüfuzunun artırılması.
- Tələbə və məzun əlaqələrinin gücləndirilməsi.
– Məzunların uğurlarının vurğulanması və tələbələrə unikal təcrübələr təqdim edilməsi.
Brendləşmiş bir universitet həm yerli, həm də beynəlxalq səviyyədə daha cəlbedici olur və uzunmüddətli perspektivdə daha çox uğur qazanır.
Son illər ölkəmizdə də brend universitetlər yaranır: ADA, BANM, UNEC v.s. Universitetlərin brenləşməsində, dünya təhsil bazarına çıxmasında, daha çox əcnəbi tələbələrin cəlb edilməsində onun distant təhsil texnologiyalarından istifadəsinin mühüm rolu var. Bu gün distant təhsil texnologiyalarından istifadə məhdudiyyəti olan universitetlərin qlobal təhsil məkanında nüfuzu, tanınması, brendləşməsi çox çətindir.
Bəzən universitet menecerlərinə təəccüblə sual edilir: "sizin universitetiniz brenddirsə, niyə distant təhsiliniz yoxdur?".
Amma bilmirlər ki, bizim təhsil nazirliyi 25 ildir ki, ölkədə distant təhsilin yaradılması və inkişafına imkan vermir. Niyə? Çünki, təhsil millətin gələcəyi, distant təhsil də təhsilin gələcəyidir, naşı məmurlar isə təhsilin və millətin problemidir.
Bu fakt təhsil məmurlarımızın dünya ali təhsil sisteminin inkişaf trendlərindən xəbərsiz olduğunu göstərir. Bu fakt həm də təhsilimizin bütün parametrlər üzrə çökməsinin səbəbini bizə izah edir.
Naşı təhsil menecerlərinin səriştəsiz idarəsinin əziyyətini isə 10 milyonluq ölkə çəkir. Təhsilin çökməsi həm də milli təhlükəsizlik, ölkənin suverenliyi üçün təhdiddir. Suverenlik ilində bu məsələdə dönüş olması ümidi ilə universitetlərimizə brendləşmədə uğurlar arzu edirik.
Demokratikmusavat.com