Vaşinqton, 16 fevral, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, telefon danışığının Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə həftənin əvvəlindəki müzakirəsinin davamı olaraq baş tutduğu bildirilir.
Zəng zamanı Rubio Prezident Trampın Ukraynadakı münaqişəyə son qoymağa sadiqliyini bir daha təsdiqləyib. Həmçinin, tərəflər bundan bir sıra digər ikitərəfli məsələlər üzrə potensial birgə işləmək imkanlarını müzakirə ediblər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton