Bakıda yerləşən bəzi mağazalarda endirim həftələrində təklif olunan qiymətlə kassadakı qiymət arasında fərqlər olur. Sual veriləndə isə “endirimin vaxtı bitib” deyilir, yaxud satıcı bunu əsaslandıra bilmir. Ən yaxşı halda müdiriyyət ya üzrxahlıqla, ya da “endirim etiketi yaddan çıxıb qalıb” deməklə canını qurtarmaq istəyir.
Bu, istehlakçının aldadılması hesab olunurmu?
Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bütün endirim və çağırışlar istehlakçıları cəlb etmək üçündür:
“Təəssüf ki, bu, hüquqları pozan, vətəndaşları aldadan marketinq hiyləsidir. Azərbaycanda istehlakçı siyasəti arzuolunan səviyyədə deyil. Onların hüquqlarını müdafiə edən qanun 1995-ci ildə qəbul edilib. Həmin vaxtdan hər vəziyyət pisə doğru gedir. Martın 3-də ombudsmanın Milli Məclisdə illik hesabatı təqdim edildi. 101 səhifəlik məruzədə bir kəlmə də istehlakçı sözü yox idi. Halbuki ən çox pozulan hüquqlar bu qəbildəndir. Yalnız biznesə toxunulmazlıq şəraitinin yaradılması istehlakçıların hüququnun pozulmasına və mağazalardakı mövcud vəziyyətə gətirib çıxarıb”.