Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Castin Trüdo Kanadanın Baş naziri vəzifəsində səlahiyyət müddətinin bitdiyini bəyan edib.
Martın 13-ü onun Baş nazir vəzifəsində sonuncu iş günü olub.
Trüdo X səhifəsindəki müraciətində yazıb: "Bu, bəlkə də bu ofisdə axırıncı günüm ola bilər. Lakin mən həmişə kanadalı olaraq qalacağam. Kanada dövlətinə və xalqına xidmət etdiyim üçün həmişə fəxr etmişəm".
Bu gün, yəni martın 14-də (Ottava vaxtı ilə 11.00-da)Kanadanın yeni Baş naziri Mark Karninin andiçmə mərasimi keçiriləcək və o, hökumətə rəhbərlik etməyə başlayacaq.
Martın 9-da Kanadanın hakim Liberal partiyası Kanada Bankının keçmiş başçısı Mark Karnini özünün yeni lideri seçib. O, 20 oktyabr tarixinə planlaşdırılmış növbəti parlament seçkilərinə qədər yeni hökumət başçısı olacaq.
Trüdo 2015-ci ildən bəri Kanada hökumətinə rəhbərlik edir.
Hürr Tərcüman