2024-cü ildə Səhiyyə Nazirliyinin tibb müəssisələrinin saxlanılması üçün 323.4 milyon manat vəsait ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.
Məlumata görə, həmin vəsaitin 76.8 milyon manatı səhiyyə sahəsində mövcud dövlət proqramları və tədbirlərin, 4.5 milyon manatı qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin, 13 milyon manatı qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə xidmətlərin, 21 milyon manatı talassemiya ilə mübarizə tədbirlərinin, 6.2 milyon manatı QİÇS-lə mübarizə tədbirlərinin, 24.2 milyon manatı “2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprafilaktikasına dair tədbirlər Proqramı”nın, 7.9 milyon manatı isə “2023-2027-ci illər üzrə istioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramını”nın maliyyələşdirilməsi üzrə xərclərə ayrılıb.
Bundan başqa sümük iliyinin transplantasiyası xidmətinin təkmilləşdirilməi məqsədilə xəstələrin müalicə, müayinə və əməliyyatların aparılması məqsədilə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 5 milyon manat ayrılıb.