AZ

"Birləşmiş Ştatların Danimarkanı ilhaq edəcəyinə inanıram"

Hurriyyet.az TASS informasiya agentliyinə istiadla məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Qrenlandiya adasını ilhaq edəcəyinə inandığını bildirib.

Tramp bu bəyanatı NATO-nun Baş katibi Mark Rütte ilə Ağ Evdə, Oval kabinetdə keçirilən görüşdə verib.

Jurnalistin Qrenlandiyanın "potensial ilhaqı" barəsində sualının cavabında Donald Tramp belə deyib: "Bəli, mənim fikrimcə, bu, baş verəcək". ABŞ Prezidenti NATO-nun Baş katibi Mark Rütteni nəzərdə tutataq söyləyib: "Mən bu məsələdə əsas rolu oynaya biləcək şəxslə yanaşı oturmuşam. Qrenlandiya ABŞ dövlətinə beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün lazımdır". 

Qeyd edək ki, Qrenlandiya Danimarka dövlətinin muxtar ərazisidir.

Hürr Tərcüman

Seçilən
69
hurriyyet.az

1Mənbələr