AZ

Antiterror əməliyyatında azad edilmiş ərazilərdəki tikililərin sayı açıqlanıb

Lokal antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə inventarlaşdırma işləri aparılıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, bu ərazilərdə ümumilkdə 34,6 min yaşayış və 7,8 min qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlər və fotoşəkillər Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə (QRGS) daxil edilib.

İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə 2024-cü il ərzində QRGS üzərindən 1777 daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları (sənədləri) rəqəmsallaşdırılıb, həmçinin 1781 bina və tikili ərazilərdə aparılan inventarizasiya nəticəsində təsbit edilib. Ümumilikdə hesabat ilinin sonuna 166,6 min daşınmaz əmlak təsbit edilərək QRGS üzərindən rəqəmsallaşdırılıb, ο cümlədən 147,3 min bina və tikili təsbit edilib.

Seçilən
39
2
apa.az

3Mənbələr