Bakı. Trend:
Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyəcəhd etməkdə şübhəli bilinən şəxslər tutulub.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluqməlumat yayıb.
Bildirilir ki, martın 13-də saat 19 radələrində Yevlax rayonuərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədərayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə,2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlüC.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmışmübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlüD.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlüA.Baxışovu (şərti) isə xəsarətlər yetirərək öldürməyə cəhdetmələrinə əsaslı şübhələr müəyyən edilib.
A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davametdirilir.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdənöldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs işüzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.