AZ

Ötən il dövlət büdcəsi hesabına məktəbəhazırlığa cəlb edilən uşaqların sayı məlum oldu

Bakı. Trend:

2024-2025-ci tədris ilində dövlət büdcəsinin vəsaiti hesabına3140 ümumi təhsil müəssisəsində 5333 sinifdə 91,5 min uşaqməktəbəhazırlığa cəlb edilib, 5 yaşlı uşaqların təhsilə cəlbedilməsi səviyyəsi 87%-ə çatdırılıb.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, icma əsaslı məktəbəqədər təhsil müəssisələrindəümumilikdə 890 mərkəz (ümumi təhsil müəssisəsi) olmaqla, 1177qrupda 3-4 yaşlı uşaqların sayı 20 minə çatdırılıb.

“Qısamüddətli qruplar, ailə tipli, dövlət-özəl kimi yenimodellər olmaqla 16 layihənin tətbiqinə başlanılıb, "Alternativməktəbəqədər təhsil xidmətlərinin təşkili pilot qrant proqramıçərçivəsində icma qruplarına 4,5 min uşaq cəlb edilib, "Özelməktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” elanolunmuş, müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsilmüəssisəsindən 25-i qrant qazanıb.

Ölkə üzrə məktəbəqədər təhsilə cəlb edilən uşaqların sayı 228,5min nəfər təşkil edib, məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların1-5 yaşlı uşaqlara nisbətdə əhatə səviyyəsi 37%-ə yüksəlib”,- deyəməlumatda bildirilib.

Seçilən
19
az.trend.az

1Mənbələr