AZ

2025-ci ildə bu qədər ərazinin minalardan təmizlənməsi planlaşdırılır

"Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olmuşdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.

Qeyd edib ki, bu məqsədə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılmışdır (2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çox).

"İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılmışdır. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmişdir.

2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır".

Seçilən
33
2
bakivaxti.az

10Mənbələr