AZ

Qiymətli kağızlara yatırımlarda ən çox artım olan - 4 BANK SİYAHI

Azərbaycanda qiymətli kağızlara yatırımlarında ən çox artım baş verən bankların adları məlum olub.

FED.az biznes və maliyyə xəbərləri portalı bankların qiymətli kağızlara yatırımların dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Bank VTB (Azərbaycan)"-da 2,4 dəfə, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın qiymətli kağızlara yatırımları 15,2 milyon manat həcmində artıb.

"Bank VTB (Azərbaycan)"-dan sonra artıma görə ikinci yerdə 2,2 dəfə və ya 77,5 milyon manat göstərici ilə "Azər Türk Bank" gəlir.

Yatırımlarda  54,7% və ya 1,2 milyard manat artım baş verən  ABB üçüncüdür.

Ziraat Bank Azərbaycan-ın yatırımları təxminən 35,7% və ya 16,7 milyon manat artım baş verib.

Seçilən
1
fed.az

1Mənbələr