Avropa Şurasının prezidenti Antonio Kosta bildirib ki, Vladimir Zelenski martın 20-21-də keçiriləcək növbəti sammitə toplaşacaq Aİ ölkələrinin liderlərinə müraciət edəcək.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kostanın dəvət məktubunda deyilir.
Kosta rəqabətədavamlılığın sammitin gündəmində əsas məsələ olacağını bildirib.
Lakin o əlavə edib ki, Aİ liderləri də martın 6-da keçiriləcək xüsusi sammitin qərarlarını icra etməyə davam edəcəklər.
O, cümə axşamı günü keçiriləcək sammitin Avropa Parlamentinin sədri ilə ənənəvi fikir mübadiləsi ilə başlayacağını, daha sonra Aİ liderlərinin “prezident Zelenskidən eşitmək imkanı əldə edəcəyini” söylədi.
QAZİLER.AZ