AZ

ABŞ-dən deportasiya edilmiş Venesuela vətəndaşları geri qayıdacaq

Venesuela ABŞ tərəfindən deportasiya edilən vətəndaşlarını geri qaytarmaq üçün uçuşları bərpa edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Milli Assambleyanın (AN) spikeri Xorxe Rodriges Instaqram hesabında verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell ilə ABŞ-dəkı venesuelalıların ölkəyə gətirilməsi ilə bağlı razılıq əldə edildiyini bildirib.

Venesuelalıların ölkəni tərk etmələrinin səbəbinin ABŞ-nin sanksiyaları nəticəsində olduğunu vurğulayan Rodriges, vətəndaşlarımız harada olurlarsa olsunlar, onların qayğısına qalacağımızı bir daha təsdiq edirik. Venesuelalıların evlərinə və vətənlərinə dönməsinin yaşadıqları xoşbəxtlik bizi də sevindirəcək deyib. 

“Rabitə kanallarını zədələdilər. Mən bu kanalları açıq saxlamağa çalışıram, çünki sadəcə mühacir olduqları üçün həbs edilmiş və haqsız yerə təqib edilən bütün venesuelalıları geri qaytarmaq istəyirəm”, - o bildirib.

Seçilən
68
operativmm.az

1Mənbələr