AZ

Binəqədidə yük avtomobili AŞDI, yolda hərəkət MƏHDUDLAŞDIRILDI

Yük avtomobilinin aşması yolda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.

Bakıvaxtı.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirlər görür.

Əli Hüseynov

Seçilən
56
11
bakivaxti.az

10Mənbələr