AZ

XİN: Ermənistan sərhəddə üçüncü qüvvələrin qalmamasını qəbul edib

“Ermənistanda, daha dəqiq Azərbaycanla sərhəd bölgədə Avropa İttifaqının kəşfiyyat fəaliyyəti göstərən missiyasının qalmağa davam etməsi Cənubi Qafqaza ciddi sabitlik təhdidləri formalaşdırır”.

APA-nın məlumatına görə, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

O deyib ki, sülh sazişi mətninin razılaşdırılması fonunda bu faktorun aradan qaldırılması vacibdir: “Bu kontekstdə hesab edirik ki, biz bölgədə davamlı sülhün bərqərar olmasından danışırıqsa, bu faktorların aradan qaldırılması vacibdir. İki dövlət arasında normallaşma mətninin razılaşması çərçivəsində iki bənd qalmışdı. Onlardan biri sərhəddə üçüncü qüvvələrin qalmaması idi ki, Ermənistan bunu qəbul edib”.

Seçilən
1
11
apa.az

10Mənbələr