AZ

“BOA Agency” səhmdarlarına dividend ödəyəcək – ŞİRKƏTDƏ YIĞINCAQ

15.04.2025-ci il tarixində saat 11:00-da  “Boa Agency” ASC-nın səhmdarların ümumi yığıncağının  növbədənkənar iclası keçiriləcək.

FED.az xəbər verir ki, iclas Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) baş tutacaq.

İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:

1. 2024-cü ilin illik maliyyə nəticələrinin müzakirəsi.

2. Dividentlərin verilməsi məsələsinə baxılması.

3. ASC “Xalq” Bankında bərpa olunan kredit xəttinin açılması.

4. Digər məsələlər.

Qeyd: Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə etmək olar.

Əlaqə telefonu: (055) 747-80-80

Seçilən
73
fed.az

1Mənbələr