
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin daimi nümayəndələri Rusiyaya qarşı fərdi sanksiyaların altı ay müddətinə uzadılması barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadla məlumat yayıb.
Məlumata görə, eyni zamanda vəfat etmiş üç şəxs siyahıdan çıxarılıb.
Bununla da, Aİ Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar Rusiya, Belarus, İran, Çin, KXDR, Suriya, Ukrayna və digər ölkələrdən 2,4 mindən çox fiziki və hüquqi şəxsə qarşı tədbirləri uzadıb.
Məlumatı Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen də təsdiq edib.
Siyahıya iş adamları, məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimai xadimlər və jurnalistlər daxildir.
Bu məhdudiyyətlər Aİ Şurasının qərarı ilə ildə iki dəfə - mart və sentyabr aylarında uzadılır.