Şimali Qafqaz Federal Universitetinin əcnəbi tələbələri rus dilini bilmədiklərinə görə qovulduqları üçün Stavropolun mərkəzində etiraz aksiyası keçiriblər.
Qaziler.az bildirir ki, bu barədə “Çarqrad” xəbər verir.
Onun məlumatına görə, tələbələrə Kursk və ya Belqorod vilayətlərindəki təhsil müəssisələrinə köçürülməsi təklif olunub, lakin miqrantlar buna razı olmayıb, Yessentuki və ya Karaçayevskdə təhsil almağı tələb ediblər.
Nəşrin məlumatına görə, aksiyada ümumilikdə 30-40 nəfər iştirak edib. Ən aktiv aksiyaçılardan yeddisi 10 sutka həbs olundu.
Hadisə şahidlərinin sözlərinə görə, mitinq zamanı qarşıdurma baş verib, nəticədə bir qız xəsarət alıb.
Aksiyadan sonra polis qruplaşma başçılarını tapmaq üçün yataqxanalarda reydlər keçirib.
Tələbələrin özləri Stavropol diyarının İnsan Hüquqları üzrə Müvəkkilinə ayrı-seçkilik, məcburi qovulma, pasportlarının müsadirə edilməsi və inzibati həbslərdən şikayət ediblər.
QAZİLER.AZ