“Tikinti sahəsində ciddi çətinliklər var. Qanunlar və qaydaların daha da sadələşməsinə, tələb olunan prosedurların yüngülləşməsinə, tikinti icazələrinə tələb olunan zamanın bir neçə dəfə azaldılmasına ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, bu gün əmlak bazarında olan qiymətlər xalqımızın qazancı ilə tərsmütənasibdir:
“Bu sahədə aparılan islahatlar on minlərlə yeni iş yerlərinin yaradılmasına imkan verər, əmlak bazarında qiymətlərin artmasının qarşısını alardı”.
Günay Şahmar, Bizim.Media