Bakı. Trend:
Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlıMərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4nömrəli tam orta məktəbində aparılmış yoxlamalar nəticəsində sabiqdirektor Qazıyev Azər Arif oğlunun fəaliyyəti zamanı dövlət büdcəsivəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrəxərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Trend xəbərverir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Qazıyev Azər Arif oğlu 27 fevral2024-cü il tarixində vəzifəsindən azad olunub.
Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görəəməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.
Qeyd edilib ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinəəsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpaolunması ilə bağlı tələbi rədd edilib.