AZ

USPS 10 000 işçini ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidmətinin (USPS) sədri Louis DeJoy poçt xidmətlərində səmərəliliyin artırılması üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

DeJoy, USPS-nin pensiya fondlarından işçilərin təzminatlarına qədər bir çox xərclərinin səhv idarə olunduğunu söyləyib.

Bu kontekstdə USPS könüllü erkən pensiya proqramı vasitəsilə 30 gün ərzində 10 000 nəfəri işdən çıxarmağı planlaşdırır.

USPS-də malların şəhərdən kənd yerlərinə çatdırılmasına cavabdeh olan təxminən 640 000 işçi çalışır.

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra DOGE vasitəsilə federal qurumlarda çalışan minlərlə insanı işdən çıxarıb.

Bir çox həmkarlar ittifaqları və təşkilatlar Tramp hökumətinə qarşı məhkəmə iddiaları qaldırıblar. 

 

Seçilən
29
marja.az

1Mənbələr