Portuqaliya prezidenti Marselo Rebelo de Sousa martın 13-də axşam çıxışında Luis Monteneqro hökumətinə etimadsızlıq səsverməsindən sonra parlamentin buraxıldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə RTP məlumat yayıb.
De Sousa bildirib ki, parlament buraxıldıqdan sonra növbədənkənar seçkilər "əksər partiyaların üstünlük verdiyi tarixdə" - mayın 18-də keçiriləcək.
Portuqaliya prezidentinin qərarı konstitusiyaya görə bu cür qərarların qəbulu üçün iştirakı tələb olunan məsləhətçi orqan olan Dövlət Şurasının iclasından sonra qəbul edilib.
Xatırladaq ki, martın 11-də Portuqaliya parlamenti maraqların toqquşması ilə bağlı qalmaqala girən Monteneqronun başçılıq etdiyi sağ mərkəzçi hökuməti istefaya göndərib.