AZ

Lukaşenko bəyan etdi: Rusiya bu halda Belarusu itirməyəcək

Əgər Belarus seçim etsə, o, həmişə Rusiyanın tərəfində olacaq.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Federasiya Şurasında çıxışı zamanı deyib.

Lukaşenko həmçinin çıxışı zamanı bəyan edib ki, Rusiya Belarus xalqının ruhunu hiss etsə, heç vaxt Belarusu itirməyəcək.

Belarus prezidenti fikrini belə yekunlaşdırıb: "Ancaq bizim sizinlə, Rusiya ilə xüsusi, ən yaxın qardaşlıq münasibətlərimiz həmişə əsas prioritetimiz olub və olacaq. Biz bu barədə daim açıq danışırıq, seçim etməliyiksə, biz həmişə Rusiyamızın tərəfində olacağıq. Başqa cür ola bilməz. Rusiya Belarusu tərk etməyəcəyi kimi Belarus da heç vaxt Rusiyanı tək qoymayacaq".

Seçilən
82
publika.az

1Mənbələr