Misli Premyer Liqasının 27-ci turunda "Turan Tovuz"un qonağı olacaq "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:
"Miloş Miloviç sarı vərəqə limiti dolduğu üçün Tovuzdakı matçda oynamayacaq. Zədəli isə İsa Sulimandır".
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" qarşılaşması martın 16-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.
Nihat