Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanınsülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlıbəyanatlarını alqışlayır.
Trend xəbər verir ki, bu barədə BMT baş katibinin rəsminümayəndəsi Stefan Düjarrik bildirib.
"O, tərəflərin münasibətlərin normallaşması istiqamətində əldəetdiyi irəliləyişdən ruhlanır və regionda uzunmüddətli sülhünbərqərar olması naminə bütün həll edilməmiş məsələlərin həlliistiqamətində səylərini qətiyyətlə dəstəkləyir", - deyə obildirib.