“Bavariya”nın baş məşqçisi Vinsent Kompani komandanın kadr vəziyyəti ilə bağlı qiymətləndirmələr aparıb.
Futbolpress.az xəbər verir ki, belçikalı çalışdırıcı heyətdəki son durumu belə şərh edib:
“Aleksandr Pavloviç, Manuel Noyer və Joao Palhinya oynamayacaq. Kim Min Cenin yüngül zədəsi var. Ümid edirik ki, ciddi bir şey yoxdur, amma o, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Onun Axilles vətərində problem var. İndi iş yükünü nəzarət altına almalıyıq. Onu həddindən artıq yükləmək olmaz”.
Martın 15-i şənbə günü “Bavariya” səfərdə “Yuniyon”u qəbul edəcək. Matçın start fiti Bakı vaxtı ilə saat 18:30-da çalınacaq.
“Bavariya” Bundesliqada ikinci yerdə olan “Bavariya”nı 8 xal qabaqlayaraq zirvənin vahid hakimidir.