AZ

Super Liqa: “Qalatasaray” “Antalyaspor”u 4 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Qalatasaray” doğma meydanda “Antalyaspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda rəqibini 4 cavabsız qolla məğlub edərək zirvədəki mövqeyini daha da möhkəmləndirib.

28-ci turun qalan görüşləri martın 15-də və 16-da keçiriləcək.

Türkiyə, Super Liqa
28-ci tur
14 mart

Qalatasaray – Antalyaspor 4:0
Qollar: Osimhen, 30; 45+3; 52. Morata, 45-pen.

15 mart

14:30. Qaziantep – Kayserispor
17:00. Kasımpaşa – Alanyaspor
21:30. Başakşəhər – Trabzonspor
21:30. Konyaspor – Beşiktaş

16 mart

13:30. Rizəspor – Bodrumspor
17:00. Göztəpə – Eyüpspor
17:00. Hatayspor – Sivasspor
21:30. Fənərbağça – Samsunspor

Seçilən
8
arena.az

1Mənbələr