AZ

"AZPROM" işçilər axtarır - MAAŞ 1000-1300-1500-2000 MANAT - VAKANSİYALAR

AZPROM

Mühəndis-Mexanik

Son tarix 14 apr 2025 

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil və ya peşə
  • İş təcrübəsi - min 3 il
  • Dil bilikləri: Rus dili; İngilis dili bilməsi üstünlükdür

Vəzifə Öhdəlikləri:

  • İstehsalat avadanlıqlarının iş fəaliyyətini izləmək və avadanlıqda meydana gələn nasazlıqların qarşısını almaq məqsədilə profilaktik tədbirlər görmək.
  • İstehsalatın dayanmadan davam etməsi üçün təmir işlərini təxirəsalınmaz şəkildə həyata keçirmək.
  • Avadanlıqların quraşdırılması və işə salınmasında iştirak etmək, düzgün işləməsini təmin etmək.
  • İstehsalın səmərəliliyini artırmaq məqsədilə yeni texnologiyaların tətbiqi və mövcud avadanlıqların təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq.
  • İstehsalat proseslərində qarşılaşılan problemləri təhlil edərək, onların həlli üçün mexaniki yanaşmalar hazırlamaq.
  • Avadanlıqların funksionallığını və məhsuldarlığını artırmaq üçün lazımi texniki tələbləri müəyyənləşdirərək, şirkətə uyğun alətlər və materiallar təmin etmək.
  • İstehsalat avadanlıqlarının təhlükəsiz istifadəsini təmin etmək, hər hansı bir avadanlıq nasazlığı və ya səhv işləmə nəticəsində yarana biləcək təhlükələri minimuma endirmək.
  • İş yerində əməyin təhlükəsizliyinə dair müvafiq tədbirlər görmək və işçiləri texniki təhlükəsizliklə bağlı məlumatlandırmaq.
  • İstehsalat proseslərinin təhlilini aparmaq və baş verən hər hansı bir nasazlıq və ya problemlə bağlı müvafiq hesabatlar hazırlamaq.
  • Təmir və texniki xidmətlə bağlı hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və mövcud təkmilləşdirmə imkanları barədə tövsiyələr vermək.
  • Texniki hesabatlarda avadanlıqların iş vəziyyəti, təmir və servis işlərinin nəticələri haqqında detallı məlumatlar vermək.
  • İstehsalatda istifadə olunan materialların, ehtiyat hissələrinin və avadanlıqların effektiv istifadəsini təmin etmək, lazımsız xərc və itkilərin qarşısını almaq.
  • Texniki xidmət və təmir işlərinin müntəzəm olaraq həyata keçirilməsini təmin etmək, planlaşdırılmış işlərin vaxtında yerinə yetirilməsini nəzarət etmək.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək 
  • Əmək haqqı: 1000-1300 (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
  • Yaş: 25 - 50
  • İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

Əlaqə nömrəsi:  050-231-12-06 (HR)

 

Baş mühəndis

 Son tarix 14 apr 2025 

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • İş təcrübəsi - min 3 il
  • Dil bilikləri: Rus dili; İngilis dili bilməsi üstünlükdür

Vəzifə Öhdəlikləri:

  • İstehsal proseslərini planlaşdırmaq və təşkil etmək, istehsalın səmərəliliyini artırmaq.
  • İstehsalatın planına uyğun olaraq, resursların, xammalın və iş gücünün optimal şəkildə paylanmasını təmin etmək.
  • İstehsalat sahələrində iş proseslərini sistematik şəkildə izləmək və istənilən gecikmələrin, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.
  • Müəssisənin istehsal gücünün artırılması üçün texnologiyaların yenilənməsi və innovativ metodların tətbiqi üzrə layihələr hazırlamaq.
  • Məhsul istehsalının hər mərhələsində keyfiyyətə nəzarət prosedurlarını təmin etmək, keyfiyyət standartlarına uyğunluq məqsədilə daimi yoxlamalar aparmaq.
  • Keyfiyyətə təsir edən əməliyyatların təhlilini aparmaq və prosesdə yaranan hər hansı bir problemin qarşısını almaq üçün dərhal tədbirlər görmək.
  • İstehsalat avadanlıqlarının mütəmadi olaraq texniki xidmətə cəlb edilməsi və nasazlıqların vaxtında aşkarlanaraq təmirinin təmin edilməsi.
  • Avadanlıq və maşınların səmərəliliyinin artırılması üçün texniki xidmət və təmir işlərinin planlaşdırılmasını və yerinə yetirilməsini izləmək.
  • İstehsalatın hər mərhələsi ilə bağlı müvafiq texniki sənədlərin, hesabatların və təhlillərin vaxtında hazırlanmasını təmin etmək.
  • İstehsalat proseslərinin nəticələrinə dair rəhbərliyə müntəzəm olaraq ətraflı və keyfiyyətli hesabatlar təqdim etmək, gələcək inkişaf üçün tövsiyələr vermək.
  • İş yerində əməyin təhlükəsizliyi qaydalarına uyğun olaraq bütün əməliyyatları həyata keçirmək, işçilərin sağlamlığını qorumaq məqsədilə təhlükəsizlik tədbirlərini həyata keçirmək.
  • İstehsalat proseslərinin xərclərini idarə etmək, büdcə planlaması və resursların düzgün istifadəsini təmin etmək.
  • Xərclərin azaldılması və gəlirliliyin artırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək və s.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək 
  • Əmək haqqı: 1500-2000 (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
  • Yaş: 30 - 60
  • İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

Əlaqə nömrəsi:  050-231-12-06 (HR)

Seçilən
69
fed.az

1Mənbələr