Azərbaycan XİN: Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayırıq.
Azərbaycan Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN öz rəsmi X-hesabında paylaşım edib.
"Bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır, bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik",-deyə qeyd olunub.