Bakı. Trend:
Xəzər rayonu ərazisində bir nəfərin avtomobilindən 1900 manatpul və bank kartlarının oğurlanması barədə polisə məlumat daxilolub.
Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlıP.Talıbov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Nizami rayonu ərazisində yerləşən evlərin birindən970 manat pulu və 730 manat dəyərində televizoru oğurlamaqdaşübhəli bilinən 33 yaşlı M.Əliyevin saxlanılması da təminedilib.
Araşdırmalar aparılır.