Bakı. Trend:
Süni intellekt müəyyən risklər daşıyır, buna görə də, onunistifadəsində balans tapmaq vacibdir.
Trend xəbərverir ki, bununu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) başdirektorunun müavini Tomas Lamanauskas XII Bakı Qlobal Forumuçərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar"mövzusunda panel müzakirəsində bildirib.
Süni intellektin tətbiq potensialı həqiqətən böyükdür. Eynizamanda, hər bir texnologiya kimi, süni intellekt də risklər vəçətinliklər yaradır. Burada əsas məsələ elə bir balans tapmaqdırki, imkanlar risklərdən üstün olsun. Biz elə bir dünyada yaşayırıqki, burada dezinformasiya və “deepfake” texnologiyaları ictimaidiskussiyalara və real mənzərənin öyrənilməsinə təhdid yaradır.Buna diqqət ayırmaq vacibdir", – deyə o bildirib.
Onun sözlərinə görə, süni intellekt sistemlərində məlumatınkeyfiyyəti böyük önəm kəsb edir.
“Süni intellekt sistemlərində qərəzlilik mövcuddur.Araşdırmalara əsasən, bu cür sistemlərin 45%-i genderə əsaslananqərəz nümayiş etdirir, 35%-i isə eyni anda həm gender, həm də irqiqərəzə malikdir. Bu isə, məsələn, işə qəbul zamanı namizədlərinseçiminə təsir edir, burada qərar insanın cinsi və ya irqindənasılı ola bilər ki, bu da ciddi risklər yaradır.
Bu, həm də süni intellekt sistemlərinin kim tərəfindənhazırlanması ilə bağlıdır. Hazırda süni intellekt sahəsində çalışanqadınlar cəmi 30% təşkil edir, mühəndislik üzrə doktorluqdərəcəsinə sahib mütəxəssislər arasında isə qadınların payı 20%-dəndə azdır. Əgər qadınlar süni intellektin inkişafında iştiraketməsələr, bu rsklər qaçılmaz olaraq artacaq”,- deyə T. Lamanauskasvurğulayıb.