AZ

Tramp İŞİD liderinin öldürüldüyünü bildirib

ABŞ prezidenti Donald Tramp İraqda İŞİD liderlərindən birinin öldürüldüyünü bildirib. 

Ölkə.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

 “Bu gün İraqda İŞİD-in fərari lideri öldürülüb. O, cəsur hərbçilərimiz tərəfindən amansızcasına ovlanıb”, - deyə o yazıb. 

O, əməliyyatın İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə birgə həyata keçirildiyini qeyd edib.

Bundan əlavə, daha əvvəl İraqın baş naziri Məhəmməd əl-Sudani də məlumat verib.
Onun verdiyi məlumata görə, Əbu Xədicə əl-İraqi kimi tanınan Abdullah Məkki Muslih 2021-ci ilin yanvarından terror təşkilatına rəhbərlik edib.

Həmidə İbrahimova

Seçilən
76
olke.az

1Mənbələr