AZ

Amorim: “Onun kimi futbolçulara ehtiyac var”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Meyson Maunt haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında oyunçuya dəstək olub:

“Meysondan razıyam. Onun kimi futbolçulara ehtiyac var. İstedadlı oyunçudur və həmişə komandaya kömək olmaqçün çalışır”.

Maunt bu mövsüm 12 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Seçilən
36
futbolpress.az

1Mənbələr