AZ

Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib

Bu gün Novruz Bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazilərində ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, aksiya çərçivəsində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağac və kol bitkiləri əkilib.

Eyni zamanda şəhərdə daxili iməclik keçirilib. Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müracitinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Seçilən
121
1
apa.az

10Mənbələr