PKK terror təşkilatının lideri Abdullah Öcalanın tərksilah və ləğv çağırışından dərhal sonra təşkilatın Suriya qolu YPG ilə Suriya rəhbərliyi arasında əldə edilən razılaşma “Terrorsuz Türkiyə”nin təqvimini sürətləndirib.
Publika.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Məlumata görə, Suriya rəhbərliyi ilə YPG arasında imzalanan razılaşmanın ən mühüm maddələrindən biri olan “Bütün hərbi qurumların Suriya rəhbərliyinə inteqrasiyası” qərarı ilə Türkiyənin Suriya sərhədi qısa müddətdə tamamilə terrordan təmizlənəcək.
Suriya ordusuna tam inteqrasiya olunduqdan sonra yaradılacaq yeni birliklər Suriyanın şimal-şərqində xidmət edəcək.