Bakı. Trend:
Yeni texnologiyalardan istifadənin nəticələrinə daha çox diqqətyetirmək vacibdir və bugünkü panel bu mövzuda düşünmək üçün faydalıideyalar təqdim edir.
Trend xəbərverir ki, bunu bu gün Monteneqronun keçmiş müdafiə naziri MiliçaPeyanoviç-Durişiç XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən"Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panelmüzakirəsində deyib.
"O qeyd edib ki, Parisdə keçirilən son sammitdə innovasiyalar,inkişaf və texnologiyalar müzakirə olunsa da, süni intellektləbağlı təhlükəsizlik, məxfilik və risklər məsələləri arxa plandaqalıb. Bu, narahatlıq doğurur, çünki innovasiya ilə cəmiyyətinmümkün mənfi nəticələrdən qorunması arasında balans tapmaqlazımdır," – deyə o bildirib.
Miliça Peyanoviç-Durişiç həmçinin vurğulayıb ki, Avropa İttifaqısüni intellektin tənzimlənməsi istiqamətində səylər göstərsə də,mövcud siyasətdə edilən dəyişikliklər bu texnologiya üzərindənəzarəti zəiflədə bilər.
"Avropa İttifaqı süni intellektin tənzimlənməsi sahəsindəliderlərdən biri olub, lakin indi müzakirə edilən dəyişikliklər buqaydaları yumşalda bilər. Bu isə iri şirkətlərin təsirini artıraraqtəhlükəsizlik risklərinə səbəb ola bilər,"- deyə o əlavə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.