AZ

Dünyanın ən təhlükəli terrorçularından biri öldürüldü

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İŞİD-in Suriya və İraqda qondarma lideri kimi tanınan və dünyanın ən təhlükəli terrorçularından biri kimi xarakterizə edilən Abdullah Maki Musleh ər-Rifainin öldürüldüyünü açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani diqqətçəkən açıqlama verib.

Sudani İŞİD terror təşkilatının İraq və Suriyadakı qondarma lideri Abdullah Maki Musleh ər-Rıfainin öldürüldüyünü bildirib.

Əl-Sudani Əbu Xədicə ləqəbi ilə tanınan Abdullah Maki Musleh ər-Rifainin İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən öldürüldüyünü açıqlayıb. Əl-Rifai dünyanın ən təhlükəli terrorçularından biri kimi təsvir edilib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
108
konkret.az

1Mənbələr