Bakı. Trend:
Qadınlar ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişproseslərin işə salınmasında və rəhbərliyində mühüm roloynamalıdırlar.
Trend xəbərverir ki, bunu Yunanıstanın keçmiş baş-naziri Qeorqios PapandreuXII Bakı Qlobal Forumu çərçivəsində Bakıda keçirilən “Gender –təhlükəsizlik – iqlim: qarşılıqlı əlaqə" mövzusunda panelmüzakirəsində etdiyi çıxışda deyib.
“Ekoloji siyasətə, cəmiyyətə gətirməli olduğumuz böyükdəyişikliklərə bizim cəmiyyətlərdəki, bizim ailələrdəki qadınlarınbaşçılıq etməsi vacibdir”, -deyə o vurğulayıb.
Papandreu eyni zamanda qeyd edib ki, ekoloji problemlər daha çoxqadınlra və digər həssas qruplara təsir edir, belə ki, cəmiyyətdədaha zəif mövqe tutduqlarına görə, onlar daha həssas olurlar.
“Yerli səviyyədə konkret ölçülər tətbiq etmək vacibdir. Bunutəkcə qadınların vəzifə tutmaq imkanı olsu deyə yox, həm də onlarınişinə dəstək olmaq üçün etmək lazımdır. Çox vaxt məhz onlarcəmiyyətə dayaq olurlar, təhsil, həmçinin uşaqlarıntərbiyələndirilməsini təmin edirlər”, - deyə o bildirib.