AZ

Qadınlar gender, təhlükəsizlik və iqlimlə bağlı problemlərin həllində mühüm rol oynayırlar - Vayra Vike-Freyberqa

Bakı. Trend:

Qadınlar gender, təhlükəsizlik və iqlimlə bağlı problemlərinhəllində mühüm rol oynayırlar.

Trend xəbərverir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,1999-2007-ci illərdə Latviyanın prezidenti olmuş VayraVike-Freyberqa XII Bakı Qlobal Forumu çərçivəsində Bakıda keçirilən“Gender – təhlükəsizlik – iqlim: qarşılıqlı əlaqə" mövzusunda panelmüzakirəsində etdiyi çıxışda deyib.

“Qadınlar onlara əxlaqi dəyərləri və məsuliyyətliliyi ötürməkləgələcək nəsillərin formalaşdırılmasında həlledici rol oynayır”, -deyə o bildirib.

Onun sözlərinə görə, dünyada baş verən istənilən dəyişikliklərqadınlara ta toxunur, belə ki, qadınlar dünya əhalisinin yarasınıtəşkil edir. İqlim dəyişikliyi probleminə gəldikdə, o bildirib ki,qadınlar risk qrupuna daxildirlər və iqlim dəyişikliyinin böyüktəsirlərinə məruz qalırlar.

“Bu məsələnin həllində vacib addım xüsusilə iqlimdəyişikliklərinə daha həssas olan üç regionda iqlimdəyişikliklərinin qadınlra təsirinin minimallaşdırılması üzrəriskləri daha dəqiq şəkildə dəyərləndirməyə və müvafiq strategiyahazırlamağa kömək edəcək məlumatların toplanması və təhlilidir”,-deyə V.Vike-Freyberqa əlavə edib.

Seçilən
129
az.trend.az

1Mənbələr