AZ

BU UNİVERSİTETƏ REKTOR ƏVƏZİ TƏYİN OLUNDU - Məhəmməd Nuriyev kimdir? + DOSYE

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.

"AzPolitika"  xəbər verir ki, bu barədə ali məktəbin Direktorlar və Qəyyumlar Şurası qərar qəbul edib.

Qərara əsasən, Xəzər Universitetinin rektoru səlahiyyətlərinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyevə həvalə olunub.

M.Nuriyev texnika elmləri doktorudur, 1997-ci ildən Xəzər Universitetində çalışır.

Məhəmməd Nuriyev 1946-cı il aprelin 10-da Zaqatala rayonunun Mazıx kəndində anadan olub. 1964-cü ildə Zaqatalada 2 saylı orta məktəbi qızıl medalla, 1969-cu ildə isə Azərbaycan Neft və Kimya İnstitututunu fərqlənmə diplomu ilə bitirib.

1969–1997-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda işləyib. 

1975-ci ildə texnika elmləri namizədi, 1992-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1996-cı ildə professor elmi adı alıb. 1997-ci ildən indiyə kimi Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin dekanı, İqtisadiyyat və menecment kafedrasının müdiri və MBA proqram direktoru vəzifələrində işləyib. 

1998-ci ildən Xəzər Universitetinin birinci prorektoru olub, indiyədək Xəzər Universitetinin Akademik işlər (tədris və elmi-tədqiqat) üzrə prorektorudur.

M. Nuriyevin elmi axtarışları riyazi və süni intellekt üsulları əsasında istehsalın idarə edilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma məsələlərinin həllinə həsr olunub. O, Xəzər Universitəsində biznes sahəsində yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsində həlledici rol oynayıb.

Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-də öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır.

Seçilən
26
1
azpolitika.info

2Mənbələr