AZ

Dəyəri 6000 manat olan mobil nömrələr satışa çıxarılır

"Azercell Telekom" MMC-yə məxsus dəyəri 6000 manat olan mobil telefon nömrələri hərraca çıxarılır.

Əmlak Məsələləri Dövlət Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hərrac aprelin 11-də keçiriləcək.

Hərraca "Azercell Telekom" MMC-yə məxsus 32 nömrə çıxarılacaq. Onlardan 14-nün dəyəri 6000, 18-nin dəyəri isə 1800 manat təşkil edir.

İlkin satış qiymətinin 10%-i həcmində beh tələb edilir.

Seçilən
22
bakivaxti.az

1Mənbələr