AZ

Öcalanın çağırışına Moskvadan REAKSİYA

Rusiya PKK terror təşkilatının lideri Abdullah Öcalanın silahları yerə qoyma çağırışına və Dəməşq-YPG arasında imzalanan razılaşmaya reaksiya verib.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında danışıb.

“Ölkədə və ümumilikdə regionda zorakılığın azaldılmasına, mövcud problemlərin dinc üsullarla həllinə inam mühitinin yaradılmasına yönəlmiş istənilən addım və təşəbbüslər alqışlana bilər. Ümid edirik ki, bu, sülhü təmin edəcək, sabitliyi və təhlükəsizliyi gücləndirəcək”, - deyə o bildirib.

Sözçü Suriya prezidenti Əhməd əl-Şəra ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında imzalanan müqaviləyə də münasibət bildirib:

"Rusiya Fəratın şərqinin Suriya dövlətinin himayəsinə qaytarılması ilə bağlı imzalanmış sazişi alqışlayır. Bu saziş eyni zamanda həmin bölgədə yaşayan bütün etnik və məzhəb qruplarının qanuni hüquq və mənafelərini təmin edir.

Seçilən
75
4
publika.az

5Mənbələr