Bakı. Trend:
Özbəkistanın Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı OrtaDəhliz çərçivəsində böyük əhəmiyyət kəsb edir.
Bunu Trend-əXII Qlobal Bakı Forumu çərçivəsində Özbəkistanın keçmiş xariciişlər naziri Vladimir Norov müsahibəsində bildirib.
“Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq hər ikiölkənin liderləri arasında yüksək səviyyəli qarşılıqlı etibar vəmöhkəm dostluğa əsaslanır”, - deyə o bildirib.
Xüsusilə Xankəndidə birgə tekstil layihəsini xatırladan Norov,bu təşəbbüsün uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunuvurğulayıb.
Bundan əlavə, o, Qazaxıstan, Türkmənistan və Azərbaycanıninfrastrukturun inkişafında, xüsusilə də Aktau (Qazaxıstan),Türkmənbaşı (Türkmənistan), Bakı və Ələt (Azərbaycan) limanlarınıngücləndirilməsindəki mühüm rolunu qeyd edib.
"Özbəkistanın Xəzər dənizi ilə birbaşa sərhədi olmasa belə, o daXəzər dənizində bərələrin tikintisinə fokuslanır. Bu təşəbbüsölkənin nəqliyyat layihələrində fəal iştirak etmək istəyini əksetdirir,"- deyə o bildirib.
Vladimir Norov əlavə edib ki, Mərkəzi Asiya dənizə çıxışıolmayan ölkələrdən ibarətdir və Özbəkistan regionun mərkəzindəyerləşdiyi üçün bu baxımdan ikiqat qapanmış vəziyyətdədir. Bunagörə də dünya limanlarına çıxış tapmaq həmişə ölkənin prioritetiolub. Bu kontekstdə Orta Dəhliz, yəni tarixi İpək Yolu, müstəsnaəhəmiyyətə malikdir. Əgər bu marşrut aktivləşdirilərsə, onun tarixiiqtisadi çiçəklənməsi yenidən baş tuta bilər
“Özbəkistan prezidenti qonşu ölkələrlə, o cümlədən Qırğızıstanlafəal şəkildə iş aparır və artıq Çin rəhbərliyiniÇin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə razı salabilib. Sözügedən dəmiryolu məsafəni 900 kilometrə qədər azaldacaqvə 5-7 gün ərzində malların Avropaya çatdırılmasına imkan verəcək”,-deyə o bildirib.
Norov vurğulayıb ki, Gürcüstan kimi digər ölkələr də bulayihələrdən faydalana biləcək. Onun sözlərinə əsasən, Orta Dəhlizçərçivəsində bütün layihələri o cümlədən ZƏngəzur dəhlizinigerçəkləşdirmək lazımdır və o regionun bütün ölkələrinin maraqlarıdaxilində tam gücü ilə işləməlidir.
"Region ölkələrinin rifahını artırmaq üçün daha çox yol inşaedilməli və nəqliyyat infrastrukturu inkişaf etdirilməlidir," –deyə Vladimir Norov fikirlərini tamamlayıb.